Bakıda dava: iki nəfəri bıçaqlayıb qaçdı

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az Lent.az-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Mürşüd Mehman oğlu Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Qubad oğlu Quluzadəni döş qəfəsindən bıçaqlayıb.
Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran Bəylər oğlu İbrahimov qarın nahiyəsindən bıçaqlanıb.
Faktla bağlı cinayət işi açılıb.
Mürşüd Dəmirovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.