Yeddi yaşlı uşaq hovuzda boğuldu

Şərur rayonunda bədbəxt hadisə baş verib, yeddi yaşlı uşaq hovuzda boğulub.
Redaktor.az xəbər verir ki, hadisə Şərur rayonunun Aşağı Yaycı kəndində olub.
Kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev İbrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.