Babəkdə qəza - Bir nəfər ağır yaralandı

 23:58 05.07.2024     453

Babək rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, qəza zamanı Ordubad rayon Tivi kənd sakini, 1984-cü il təvəllüdlü Qurbanov Sahil Ziyadxan oğlu xəsarət alıb.

O. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. Onun hər iki baldır sümüyü sınıb.

Faktla bağlı araşdırma aparılır. (APA)