Goranboyda evi soyan şəxs saxlanıldı

 09:27 06.07.2024     519

Goranboy rayon sakinlərindən birinə məxsus evdən 15 000 dollar və dəyəri 15 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Redaktor.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Dursunov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən