Həbsdəki qardaşına narkotik gətirdi

 15:26 06.07.2024     289

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Redaktor.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Həbs olunmuş şəxs Fuad Feyruz oğlu Ağayevlə görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının yan cibində gizlədilmiş bükülüdə 0,190 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.