Şuşaya gedənlər qəzaya DÜŞDÜ

Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar.
Redaktor.az xəbər verir ki, minik avtomobili traktorla toqquşub.
Nəticədə minik avtomobilində olan Şuşa şəhərinə çalışmağa gedən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü P.Əliyev və Qazax rayon sakini 2001-ci il təvəllüdlü B.Bayramov xəsarət alıblar.
Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.