Bilgəhdə çətənə kolları yetişdirən şəxslər saxlanıldılar

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Bilgəh qəsəbə sakinləri 1969-cu il təvəllüdlü Fərhad Muradov və əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Həsən Novruzov saxlanılıblar. Onların həyətyanı sahələrindən xüsusi qulluq edərək yetişdirdikləri ümumi çəkisi 20 kiloqram olan 40 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.