Tərtərdə ağır qəza baş verib

 09:18 09.07.2024     402

Tərtərdə sürücü idarəetməni itirərək maşını aşırıb.

Redaktor.az xəbər verir ki, hadisə iyulun 7-si axşam saatlarında Ağdam-Bərdə avtomagistral yolunun Tərtər rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Hüseynov Elvin İlham oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, yoldan çıxaraq avtomobili aşırıb. Nəticədə sürücü və sərnişin-Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Aslanov Rövşən Səhrab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sərnişin - Rövşən Aslanov aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.