“Siyəzən Broyler”in həyətində insan sümükləri AŞKARLANDI

Siyəzən rayonunda insan sümükləri aşkarlanıb.
Redaktor.az xəbər verir ki, sümüklər rayonun Beşdam kəndi ərazisində yerləşən “Siyəzən Broyler” ASC-nin həyətində qazıntı işləri görən zaman tapılıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.