Zirədə dənizdə 3 yeniyetmə batdı

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə 3 nəfər dənizdə batıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu, 2008-ci il təvəllüdlü Aslanov Abid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.