Bu ərazidə qaz xətti zədələndi – Sakinlər qazsız qaldı

Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində bir kənd qazsız qalıb.
Redaktor.az xəbər verir ki, rayonun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.
Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.
Qəzanı aradan qaldırmaq üçün işlər görülür. (report)