Sükan arxasında ürəktutmadan öldü

 21:38 14.07.2024     481

Ağsuda Bakı sakini avtomobil idarə edərkən ürəktutmadan vəfat edib.

Redaktor.az xəbər verir ki, hadisə Ağsu -Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Bakı sakini 1967-ci il təvəllüdlü Abbasov Vüqar Soltan oğlu həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və o, sükan arxasında ürəktutmadan ölüb.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Hazırda fakt araşdırılır. (report)

Vumart və Güvən reklamı Vumart Güvən