Xaçmazda 13 yaşlı yeniyetmə hovuzda boğuldu

Xaçmaz rayonunun Nabran istirahət zonasında bədbəxt hadisə yaşanıb.
Redaktor.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Quba rayon sakini Həsənli Etibar Böyükağa oğlu "Elfaro" İstirahət Mərkəzinin hovuzunda çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Fakt Xaçmaz rayon Prokurorluğu tərəfindən araşdırılır. (APA)