Mal bazarında BIÇAQLANMA

Qazax şəhərində bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə ötən gün saat 06:00 radələrində şəhərin N.Nərimanov küçəsi 1 ünvanında yerləşən “Qazax Mal Bazarı” adlanan heyvan bazarında qeydə alınıb.
Belə ki,1982-ci il təvəllüdlü Namaz Qədiməliyev şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən bıçaqla 1981-ci il təvəllüdlü Adil Nəbiyevi vuraraq ağır xəsarət yetirib və hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Namaz Qədiməliyev Ağstafa rayonu Vurğun qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Qazax RPŞ-nin İB-də CM-nin 126.1 maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.