Şəmkirdə iki avtomobil toqquşdu, xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var.
Redaktor.az report-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Qəza nəticəsində 2006-cı il təvəllüdlü L.Cəlilov və 1995-ci il təvəllüdlü A.Əsgərov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.