Aşura günü toyda kütləvi ZƏHƏRLƏNMƏ

 09:18 17.07.2024     444

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

10-a yaxın sakin təcili tibbi yardım avtomobili ilə aparılıb, digərləri isə xəstəxanaya özləri gediblər.

Hazırda vəziyyətlərinin normal olduğu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

Faktla bağlı araşdırma aparılır.