Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında YAXALAYIB

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 2024-cü ilin altı ayı ərzində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə iyulun 16-da Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı əməliyyat müşavirəsində deyilib.
Qeyd olunub ki, göstərilən müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanıb:
“Keçirilmiş 28 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 4 nəfər saxlanılıb”.