Bakıda 73 yaşlı qadını avtomobil vurub ÖLDÜRDÜ

Bakıda 73 yaşlı qadını avtomobil vurub.
Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov küçəsində qeydə alınıb.
1971-ci il təvəllüdlü Natiq Səlimov idarə etdiyi "Hyundai Santafe" markalı avtomobillə yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Qətibə Rzayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.