Yevlaxda kür çayından meyit tapıldı

Yevlax rayonunda kür çayında meyit tapılıb.
Redaktor.az report-a istinadən xəbər verir ki, Kür çayını Yevlax rayon ərazisindən keçən hissəsində kişi meyti tapılıb.
Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Araşdırma zamanı meyitin Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğluna aid olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.