Boynuna yelləncəyin ipi dolanan 11 yaşlı qız boğuldu

Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.
Redaktor.az xəbər verir ki, hadisə bu gün rayonun Yemişənli kəndində baş verib.
Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub (report).