“Onlar bizim klinikanın işçisi deyil” -  “Medera”nın icraçı direktoru danışdı

 14:05 23.07.2024     409

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin aralarında yaranmış mübahisə zamanı vətəndaşa balta ilə xəsarət yetirməsi haqda informasiya yayılıb. 

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. 

Yerli mətbuatda yayılan məlumata görə hadisə "Medera" hospitalında baş verib.

"Medera” hospitalın icraçı direktoru Lalə Babayeva "azxeber.com"a hadisənin klinika daxilində baş vermədiyini deyib:

"Medera hospital”da belə hadisə baş verməyib. Adıçəkilən mühafizə əməkdaşı bizim klinikanın işçisi deyil. Qeydiyyat şöbəsində də elə əməkdaşımız çalışmır. Bir daha bildirirəm ki, bizim klinikanın daxilində elə hadisə baş verməyib".