4 yaşlı uşaq kanalda boğuldu

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub.
Redaktor.az xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.
Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.