Bakıda itkin düşən uşaq tapıldı - YENİLƏNİB

Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb. Azyaşlı ailəsinə təhvil verilib.
***
09:59
Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb.
Redaktor.az xəbər verir ki, Biləcəri qəsəbəsi, DSK yolu nömrəsiz evdə yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadılğı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.