Qəzada xəsarət alan səkkiz nəfərin kimliyi BİLİNDİ

 15:56 25.07.2024     421

Ödənişli yolda avtomobil qəzası nəticəsində xəsarət alan səkkiz şəxsin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsində, "Chery", "Kia" və "Chevralet" markalı minik avtomobillərinin iştirakı ilə baş vermiş qəza nəticəsində Sumqayıt şəhər sakinləri- 2010-cu il təvəllüdlü Sərdarlı Aylin, 2006-cı il təvəllüdlü Əliyeva Məryəm, 2010-cu il təvəllüdlü Ömər Əli və Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Rəfiyeva Gülgün, 2015-ci il təvəllüdlü Rəfizadə Fatimə, 1952-ci il təvəllüdlü Hüseynova Güldəstə, 1990-cı il təvəllüdlü Hüseynova Güldəstə və 1979-cu il təvəllüdlü Huseynova Ədibə müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar tibbi yardım olunduqdan sonra yaşayış ünvanları üzrə həkim nəzarətinə göndəriliblər. Onların Şimal bölgəsinə istirahətə getdikləri bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.

***

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının 153-cü kilometrində - Xaçmaz rayonunun Hülövlü kəndindən keçən hissəsində ağır xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az Report-a istindla xəbər verir ki, “Chery” markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Ardınca eyni ərazidə “Chevrolet” markalı minik avtomobili arxadan yolun kənarında dayanmaq istəyən “KIA” markalı maşına çırpılıb.

Baş verən qəzalar nəticəsində ümumilikdə səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıb.