Bu rayonda yanacaq daşıyan avtomobil aşdı, xəsarət alanlar var - FOTO

 18:00 25.07.2024     391

İmişlidə yanacaq daşıyan qoşqulu avtomobil aşıb.

Redaktor.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.

Ələkbər Ələkbərovun idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili idaretməni itirərək yoldan çıxıb və aşıb.

Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-in İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırma aparılır (apa).

İmişlidə yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var - FOTO İmişlidə yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var - FOTO