Gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

 23:24 25.07.2024     282

Xəzər rayonu Yeni Qala qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Fərrux Babayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalar davam etdirilir.