Üç tondan çox çətənə kolu məhv edildi
Naxçıvan Muxtar Respublikasında yabanı halda bitən 3,2 ton çətənə kolu məhv edilib.
Redaktor.az xəbər verir ki, muxtar respublikanın polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa, Şərur və Şahbuz rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 3,2 ton olan 89 890 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Həmin çətənə kolları yandırılaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.