Göygöldə qadın bıçaqlandı - 17 yaşlı oğlu saxlanıldı

 20:56 26.07.2024     336

Göygöldə anasını bıçaqlayan şəxs tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R. Yusibov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir