FHN-in əməkdaşı hündürlükdən yıxılaraq öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Redaktor.az report-a istinadən xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.
Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatları araşdırılır.
Faktla bağlı araşdırma aparılır.