Sumqayıtda mənzildə 49 yaşlı kişinin meyiti aşkarlandı

Sumqayıtda mənzildə 49 yaşlı kişinin meyiti aşkarlanıb.
Redaktor.az xəbər verir ki, hadisə "Ceyranabatan bağları" adlanan ərazidə qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Şəfa Sovet oğlu Yolçuyevin meyiti yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır. (report)