Ədil Arifoğlu vəfat etdi – FOTO

Hərbi jurnalist Ədil Arifoglu bu səhər qəfil vəfat edib.
Redaktor.az metbuat.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Ə.Arifoğlu uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının baş rejissoru kimi çalışıb.
Ədil Arifoğlu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib, qızğın döyüşləri ön cəbhədə lentə alıb.