Qazaxda vurulan piyada öldü

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, rayonun Alpout kəndində 1959-cu il təvəllüdlü Asif Şamoy oğlu Həsənovu avtomobil vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb. (qafqazinfo)