Nalayiq hərəkətlər edən xanım sürücü ilə bağlı araşdırma aparılır - VİDEO
Bakıda Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilən xanım sürücünün qəza törədərək hadisə yerindən qaçdığı iddia olunub.
Redaktor.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən "oxu.az"a bildirilib ki, yayılmış görüntü ilə əlaqədar Bakı Şəhər Yol Polis idarəsində araşdırma aparılır.
***
Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb.
Redaktor.az xəbər verir ki, bu barədə "avtosfer.az"a məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.
Belə ki, 99-RL-370 qeydiyyat nişanlı VAZ markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı KIA markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.
Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.
Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.
Sözügedən videonu təqdim edirik: