Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas OLUNDU

 20:58 02.08.2024     321

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində xidmət aparan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə nəzarətsiz ərazidə 1 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumat görə, xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2003-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlu xilas edilərək həkim briqadasına təhvil verilib.