Gənc məktəbin qarşısında bıçaqlandı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az verir ki, hadisə şəhərin Nizami küçəsində, 1 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov tanışı Kamran adlı şəxslə (soyadı dəqiqləşdirilir) mübahisə edib.
Mübahisə nəticəsində tanışı Pərviz Bağırova 4 bıçaq zərbəsi endirib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov avqustun 2-si axşam saat 23:25 radələrində mərkəzin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
Döş qəfəsinin səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.