Sumqayıtdakı bıçaqlanma hadisəsinin səbəbi bu imiş

 19:21 03.08.2024     250

Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.