Azərbaycanlı jurnalist Gürcüstanda SAXLANILDI
Azərbaycanlı jurnalist Əfqan Sadıqov Azərbaycana ekstradisiya məqsədilə Tiflisdə saxlanılıb.
Redaktor.az Oxu.az-a istinadla xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Sadıqov 2024-cü ildən hədə-qorxu ilə pul tələb etdiyinə görə Azərbaycan hakimiyyəti tərəfindən axtarışa verilib.
Bildirilib ki, Azel.tv xəbər saytının baş redaktoru olan Əfqan Sadıqov 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana köçüb.