Kafedra müdiri qəfil vəfat etdi

Azərbaycan Kooperasiya Universitetinin Sosial elmlər kafedrasının müdiri Gülnarə Qurbanova qəfil vəfat edib.
Redaktor.az-ın məlumatına görə, bu barədə universitetin feysbuk səhifəsində paylaşım edilib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Qurbanova 1985-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ildə dosent vəzifəsi AAK tərəfindən təsdiq edilib.
Mərhum 2014-cü ildə universitet rəhbərliyinin təqdimatı ilə “Tərəqqi” medalına layiq görülüb.