Metroda oğurluq edən qadın saxlanıldı

 11:50 06.08.2024     211

Metropolitendə Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metronun “20 Yanvar” stansiyasında paytaxt sakininin 350 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 1995-ci il təvəllüdlü Güldanə Məmmədova saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, araşdırmalarla onun iyulun 18-də paytaxtın Nizami rayonu ərazisində 3500 manat dəyərində mobil telefon oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.