Avtomobilə "əcəb edir" yazan sürücü peşman oldu - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə sürücünün yük maşınının arxasına yazdığı ifadə geniş müzakirələrə səbəb olub.
Redaktor.az xəbər verir ki, görüntülərdə vətəndaş “Sürücü təhlükəli sürərsə, əcəb edir” sözlərini yazıb.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin sürücü aşkarlanıb və barəsində qanunamüvafiq tədbir görülüb:
“O, əməlindən peşman olduğunu bildirərək yazdığı yazıları silib.
Bir daha sürücüləri belə hallara yol verməməyə çağırırıq” (qafqazinfo).