Avtomobil aşdı: yaralananlar var

Gədəbəy rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində yaralanan 4 nəfər xəstəxanaya çatdırılıb.
Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. (Report)