Tərtərdə ağır qəza - ölən var

Tərtər rayonunun Xoruzlu kəndində hərəkətdə olan "QAZ-SAZ-3507-01-15" avtomobili daş hasara çırpılıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, nəticədə sürücü Vüsal Şakir oğlu Alışov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.