Naxçıvanda ər arvadını baltaladı

Şərur rayonunda ər arvadına balta ilə xəsarət yetirib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çomaxtur kəndində qeydə alınıb.
Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Elçin Qasım oğlu həyat yoldaşı 1976-cı il təvəllüdlü Qasımova Məharət Allahverdi qızına balta ilə xəsarət yetirib.
Müxtəlif bədən xəsarətləri alan M.Qasımova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.