Naxçıvanda avtomobil qəzasında xəsarət alan kişi 4 gün sonra xəstəxanada ÖLDÜ

Naxçıvanda avqustun 7-də baş verən avtomobil qəzasında xəsarət alan kişi 4 gün sonra xəstəxanada ölüb.
Redaktor.az">Redaktor.az "Report"-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Mahmudov Elçin Allahverdi oğlu dünən gecə saatlarında Muxtar Respublika Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, E.Mahmudov baş-beyin əzilməsi, kəllə əsasının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.