Qəbələdə vətəndaşlardan 12 tüfəng GÖTÜRÜLDÜ

 15:20 11.08.2024     214

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

Redaktor.az">Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, əməliyyat yolu ilə vətəndaşlardan 7 tüfəng aşkar edilərək götürülüb.

Profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri 5 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.