Şəkidə ağır qəza: iki nəfər öldü - BİRİ POLİSDİR
Bu gün saat 12 radələrində Şəki rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az">Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
“Opel” markalı minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində birincinin sürücüsü Ramin Abdullayev və sənişini vəfat edib.
***
Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.
Qəza zamanı həyatını itirən "Opel" markalı minik avtomobilinin sürücüsü Ramin Abdullayev Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşıdır.
Qeyd edək ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Zaqatala rayonu, Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi “Opel” markalı minik avtomobili Həsən Ağahəsən oğlu Məhəmmədovun idarə etdiyi “Man” markalı yük maşınına çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər. Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit FHN-nin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.