Bakıda binada yanğın oldu

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində binada yanğın olub.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə sözügedən ünvanda binanın zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.