Küçədə iti baltalayan şəxsə cəza verildi

 19:55 14.08.2024     534

Binəqədi rayonu, Biləcəri qəsəbəsində heyvana qarşı qəddarlıq edən  şəxs məhkəməyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, müstəntiq barəsində inzibati qaydada protokol tərtib edilmiş 42 yaşlı X.Muradovun həbsini tələb edib.

Məhkəmə heyvana rəhmsiz davranan şəxsin cəzalandırılmasını qanuna uyğun hesab edib.

Qərara əsasən X.Muradov 1 aylıq inzibati qaydada həbs edilib.

Qeyd edək ki, X.Muradov ötən gün günorta saatlarında iti baltalayaraq, heyvana işgəncə verib. Hadisə ərtafdakı azyaşlıların gözü qarşısında baş verib.  Həmin şəxs qısa müddətə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.