Polis balıq ovlayan 10 nəfəri saxladı
Şabranda su anbarında qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub.
Həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.