Bu rayonda kanaldan qadın meyiti TAPILDI

Göygöldə kanaldan meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub.
Rayonun Gəncə qəsəbəs sakini, 2001-ci il təvəllüdlü Kəmalə Əlizadə kənd ərazisindən keçən kanala özünü ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöldə kanaldan meyit tapılıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Gəncə qəsəbəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü Kəmalə adlı qadının cəsədi qəsəbə ərazisində yerləşən kanaldan aşkarlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub (apa).